Şrift:
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Kamerun yığması ilə qarşılaşacaq
03.08.2019 [11:48] - Gündəm, İdman
Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirində sonuncu oyununu keçirəcək.

24 yığma komandanın çıxış etdiyi turnirdə Azərbaycan millisi “D” qrupunda Braziliya, Dominikan Respublikası və Kamerun ilə birgə yer alıb. Yığmamızın yer aldığı qrupun oyunları Braziliyanın Uberlandiya şəhərində təşkil olunub.

Komandamız növbəti görüşündə Kamerun ilə qarşılaşacaq.

Millimiz turnir çərçivəsində Dominikan Respublikası (0:3) və Braziliyaya (2:3) məğlub olub.

“A” qrupunda Serbiya, Tayland, Polşa, Puerto-Riko, “B” qrupunda Çexiya, Çin, Türkiyə, Almaniya, “C” qrupunda Argentina, Bolqarıstan, ABŞ, Qazaxıstan, “E” qrupunda Koreya Respublikası, Rusiya, Kanada, Meksika, “F” qrupunda isə Belçika, Hollandiya, İtaliya və Keniya birincilik uğrunda mübarizə aparır.

“A” qrupunun oyunlarına Polşa, “B” qrupunun görüşlərinə Çin, “C” qrupuna ABŞ ev sahibliyi edir. Rusiyada “E”, İtaliyada isə “F” qrupunun qarşılaşmaları keçirilir.

Lisenziya xarakterli təsnifat turnirində qrup birinciləri birbaşa “Tokio 2020”yə vəsiqə əldə edəcəklər.
Bu xəbər oxucular tərəfindən 389 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed