03.08.2019 [12:04] - Gündəm, İdman
Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.
Dördüncü yarış günündə üç güləşçimiz mübarizə aparıb.
Çempionatda 46 kiloqram çəki dərəcəsində çıxış edən Gültəkin Şirinova ukraynalı güləşçiyə qalib gəlsə də, Meksika idmançısı ilə bacarmayıb.
Elnurə Məmmədova (53 kq) ilk görüşdə Qırğızıstan təmsilçisinə məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə mübarizə aparmaq imkanı qazanıb. Təmsilçimiz ilk təsəlliverici görüşdə danimarkalı güləşçiyə çətinlik çəkmədən qalib gəlib. Ancaq belaruslu həmkarına məğlub olaraq dünya çempionatını yeddinci pillədə başa vurub.
Firuzə Məcidova (61 kq) debütdə macar rəqibinə uduzub.

Bu xəbər oxucular tərəfindən 373 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |