Şrift:
Yunan-Roma güləşi üzrə yığmamız Bolqarıstanda keçirilən dünya çempionatında ikinci yeri tutub
05.08.2019 [10:03] - Xəbərlər, İdman
Yunan-Roma güləşi üzrə yığmamız Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında ikinci yeri tutub.

Sofiyaya yollanan səkkiz güləşçidən beşi fəxri kürsüyə qalxıb. Belə ki, Nihad Məmmədli (55 kq) və Laçın Vəliyev (92 kq) dünya çempionu olub. Ziya Babaşovla (48 kq) Elmir Əliyev (51 kq) gümüş, Fərid Sadıxlı (45 kq) isə bürünc medal qazanıb.

Beləliklə, ikisi qızıl, ikisi gümüş və biri bürünc olmaqla beş medala sahib olan güləşçilərimizin uğurlu çıxışı nəticəsində millimiz 123 xalla komanda hesabında dünya çempionatını ikinci sırada başa vurub.

İran 148 xalla birinci, Rusiya isə 99 xalla üçüncü pillədə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 319 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed