Şrift:
Tehranda keçiriləcək NAM sammitinin təhlükəsizliyini 110 min polis qoruyacaq
25.08.2012 [13:09] - Güney Azərbaycan xəbərləri
Tehranda keçiriləcək Qoşulmama Hərəkatına (Non-Aligned Movement (NAM)) üzv ölkələrin rəhbərlərinin iclasının təhlükəsizliyini 110 min polis qoruyacaq. Bunu İran polisinin rəis müavini Əhmədrza Radan bu gün həmin təhlükəsizlik qüvvələrinin təlim məşqinə baxış keçirərkən deyib. Bu barədə MEHR agentliyi xəbər verir.
Radan deyib ki, iclasın təhlükəsizliyinin təmini üçün Təhlükəsizlik, Müdafiə nazirlikləri və Silahlı Qüvvələr Qərargahı, Daxili İşlər Nazirliyi və polis qüvvələri arasında əməkdaşlıq üçün birgə qrərargah fəaliyyət göstərir.
O əlavə edib ki, ölkənin bütün sərhədlərinə nəzarət gücləndirilib. Paytaxt Tehrana gedən yollarda 360 yoxlama-keçid məntəqələri quraşdırılıb. Onlardan 160-na nəzarəti Bəsic qüvvələri həyata keçirir.
Radan bundan əvvəl demişdi ki, iclasın keçirildiyi yer və Tehran şəhəri üçün dördqat təhlükəsizlik tədbirləri görülüb. Bütün polis qüvvələri və təhlükəsizlik orqanları 100 faizlik hazırlıq vəziyyətində işləyəcəklər.
Onun sözlərinə görə, Tehranda bəzi yollar bağlanacaq, bəzi küçələrə isə giriş məhdudlaşdırılcaq.
Qoşulmama Hərakatına üzv ölkələrin iclası ilə əlaqədar avqustun 28-dən sentyabrın 1-dək paytaxt Tehranda bütün dövlət idarələri və təşkilatlarda qeyri-iş günü olacaq.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammiti avqustun 28-29-da Tehranda keçiriləcək. Qoşulmama Hərəkatı formal olaraq heç bir bloka aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır. Onun yaradılması ideyası 1955-ci ildə Bandonq (İndoneziya) konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Qoşulmama Hərəkatının yaradıldığı elan olunub.
Qoşulmama Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 14 sammit keçirilib. Üzv ölkələrin dövlət başçılarının 15-ci sammiti 2009-cu il iyulun 11-dən 16-dək Misirdə keçirilib. Bu hərəkatın üzv olan ölkələrin 53-ü Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropada yerləşir.
Bu xəbər oxucular tərəfindən 1039 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed