Şrift:
Bu ilin birinci yarısında Gürcüstanda 30 mindən çox cinayət faktı qeydə alınıb
06.08.2019 [09:01] - Gündəm, Borçalı
Bu ilin birinci yarısında Gürcüstanda 33 min 399 cinayət faktı qeydə alınıb.

Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilir.

Bildirilir ki, 2019-cu ilin yanvar-iyun aylarında qeydə alınan cinayət hallarının böyük əksəriyyəti əmlaka zərər vurma ilə bağlı olub - 13 min 682 fakt.

İkinci yerdə insan sağlamlığına zərər vurma ilə bağlı olan cinayətlərdir. Hesabat dövründə 6 min 116 belə fakt qeydə alınıb.

Hesabat dövründə həmçinin, narkotik vasitələrlə bağlı 2 min 738, insan haqları və azadlıqlarının pozulması ilə bağlı 1 676 cinayət əməli baş verib.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed