Şrift:
Misir Prezidenti Qahirədə baş vermiş partlayışı terror aktı adlandırıb
06.08.2019 [09:34] - Gündəm, Hadisə
Misir Prezidenti Əbdülfəttah əs-Sisi ötən gecə Qahirədə Onkologiya Xəstəxanasının yaxınlığında baş vermiş ağır yol qəzası nəticəsində baş vermiş güclü partlayışı terror aktı adlandırıb.

Bu barədə ölkə başçısı özünün “Twitter” səhifəsində yazıb: “Mən Misir xalqına və terror hücumu nəticəsində həlak olmuş insanların ailələrinə başsağlığı verirəm. Misir bütün qüvvəsi ilə terrorizmə qarşı onun kökü kəsilənə qədər mübarizə aparacaq”.

İlkin araşdırmalar göstərib ki, qarşı zolağa çıxan və üzbəüz gələn maşınlara çırpılan avtomobil partlayıcı maddələrlə dolu olub. Qeyd olunur ki, bu terror aktının arxasında “Müsəlman qardaşları” hərəkatının hərbi qolu sayılan “Hasm” gruplaşması dayanır. Avtomobil bir neçə ay bundan öncə qaçırılıb və axtarışda olub.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed