Şrift:
Bakıda “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçiriləcək
06.08.2019 [11:42] - Xəbərlər, İslam dini
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) respublikamızda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini radikalizm və ekstremizmə qarşı səmərəli mübarizənin aparılması, eləcə də müxtəlif dinlərə, məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət, mehriban və əməkdaşlıq şəraitində birgəyaşayış ənənələrinin daha da möhkəmləndirilməsi məqsədilə müxtəlif formatlarda silsilə tədbirlər həyata keçirir.

Avqustun 7-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini bayramlar: tarix, ənənə və müasirlik” mövzusunda konfrans keçiriləcək.

Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin məsul əməkdaşı, Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, müvafiq dövlət qurumlarının təmsilçiləri, dini icma sədrləri, din xadimləri, dinşünas alimlər, ilahiyyatçılar və gənclər iştirak edəcəklər.
Bu xəbər oxucular tərəfindən 634 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed