24.10.2011 [19:11] - İqtisadiyyat
Azərbaycanla Türkiyə arasında təbii qazın Avropaya tranziti ilə bağlı yeni müqavilənin oktyabrın 25-də imzalanacağı gözlənilir.
Qeyd edək ki, oktyabrın 25-də Türkiyənin Əliağa bölgəsində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) investisiyası ilə tikilən neft emalı zavodunun təməlqoyma mərasimi keçiriləcək. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev təməlqoyma mərasimi çərçivəsində qaz tranzit müqaviləsinin imzalanacağını da istisna etməyib.
Yunanıstanın «DEPA» şirkətinin rəhbərliyi isə Azərbaycanla Türkiyə arasında imzalanması gözlənilən müqavilənin qazın Avropaya nəqli baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. «Bu müqavilənin imzalanması burada müəyyən olunacaq həcmdə qazın artıq yekun bazarlara çıxarılması ilə bağlı bir çox məsələlərə təsirini göstərəcək», - deyə «DEPA» şirkətinin prezidenti Harris Sacinis qeyd edib.

Bu xəbər oxucular tərəfindən 1297 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |