Şrift:
Bir qrup britaniyalı zəvvar Londondan Mədinəyə velosipedlə gəlib
07.08.2019 [10:24] - Gündəm, İslam dini
Bir qrup britaniyalı zəvvar həcc ziyarəti üçün Londondan Mədinəyə qədər olan 6500 kilometrlik məsafəni velosipedlə gəlib.

Yerli KİV xəbər verir ki, 8 zəvvar-velosipedçi Səudiyyə şəhərinin sakinləri tərəfindən təntənə ilə qarşılanıb. Mədinə sakinləri onları qızılgül və nağara ilə qarşılayıb, yolçuları ərəb qəhvəsi, xurma və Zəm-zəm suyuna qonaq ediblər.

Qeyd olunur ki, bu qrupun rəhbəri dəfələrlə belə uzun velosiped gəzintilərini həyata keçirmiş britaniyalı müsəlman Tahir Həsən Axtardır. O bildirib ki, onlar Mədinəyə çatmaq üçün 18 ölkəni keçib.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 570 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed