Şrift:
“Qalatasaray” 16-cı dəfə Türkiyə Superkubokunun qalibi olub
08.08.2019 [09:45] - Gündəm, İdman
Avqustun 7-də keçirilən futbol üzrə Türkiyə Superkuboku uğrunda matçda “Akhisarspor” və “Qalatasaray” klubları qarşılaşıblar.

Paytaxt Ankaranın “Eryaman” stadionunda keçirilən görüş qarşılıqlı hücumlarla yadda qalıb.

Matçın 39-cu dəqiqəsində İstanbul təmsilçisinin yarımmüdafiəçisi Yunes Belhanda cərimə meydançasının kənarından qüvvətli zərbə ilə hesabı açıb - 1:0. Birinci hissə elə bu hesabla başa çatıb.

İkinci hissədə hər iki tərəf qol vurmağa çalışsa da, hesab dəyişməyib və beləliklə, “Cim-bom” superkuboku başı üzərinə qaldırıb.

Qeyd edək ki, bu qələbə sayəsində “Qalatasaray” klubu 16-cı dəfə bu kuboka yiyələnib.
Bu xəbər oxucular tərəfindən 340 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed