25.08.2012 [14:03] - Gündəm, Afişa
Avqustun 24-də Bakıda Yaşıl Teatrda "YARAT!" Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatının təşkilati dəstəyi ilə keçirilən qısametrajlı filmlər festivalı çərçivəsində nümayiş keçirilib.
"Future Shorts" Yay mövsümünün ən parlaq filmlərini və bütün dünyadan ən tanınmış kinematoqrafçıların filmlərini elan edərək film nümayişləri eniş qlobal şəbəkə yaratmağa və tələbkar auditoriya tərbiyə etməyə çalışır.
Yeni mövsümün əsas favorit filmləri sırasında "Oskar" mükafatına nominasiya olunmuş və Britaniya Kino və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) mükafatının qalibi, rejissor Qrand Oçardın çəkdiyi "Səhər gəzintisi" filmi (Böyük Britaniya, 2012), Klermon festivalının qalibi, Koreyanın "Qonaq" filmi, habelə Texasın Ostin şəhərində keçirilən "Cənub-cənub-qərb" musiqi, kino və incəsənət festivalının favoriti və qalibi ABŞ-in "Biologiya konspektləri" filmini qeyd etmək olar.
Daima iştirakçı sıralarını artıran "Future Shorts" festivalında təqdim olunan əsərlər artıq 60 ölkənin 160 şəhərində 350 nümayiş seansı ərzində 35 mindən çox tamaşaçıya altı qitədə nümayiş etdirilir. Artıq iştirakçıların sıralarına İran, Meksika, Tanzaniya, Kanada və Portuqaliya kimi ölkələr də qatılıb; bu ilin yaz mövsümündə isə "Future Shorts" festivalı Yaponiya, Böyük Britaniya və ABŞ-da öz təmsilçiliyini genişləndirib.
Hazırda "Future Shorts" festivalının nümayişləri dünyanın bir çox məkanında, o cümlədən Buxarest qəsrində, Londonun Riversayd studiyalarında, Fələstinin Cənnin şəhərinin kinoteatrında, Təl-Əvivin Ozen Barında, Beyrutun "Art Lounge" İncəsənət Məkanında, San-Paolonun Vudu Rəqqasların Qalasında, Tanzaniyanın Nafazi İncəsənət Məkanında, Dubayın Yol Qalereyasında və Bosniyanın Gənclərin Mədəniyyət Mərkəzində keçirilir.
Yay mövsümünün ən parlaq əsərləri:
"Səhər gəzintisi" (2012); rejissor - Qrand Oçard
Böyük Britaniya, filmin nümayiş müddəti - 7 dəqiqə
Bu film, əvvəlcə Britaniyanın Kino və Televiziya İncəsənəti Akademiyasının mükafatını qazanan "Ulduz gözəlçə" filmini istehsal edən AKA studiyasının məhsuludur. Rejissor Qrand Oçardın çəkdiyi "Səhər gəzintisi" filmində bir Nyu-York sakininin bir toyuqla görüşü təsvir olunur. Bu tarixçə üç aktda nümayiş etdirilir və yüzilllik müddəti əhatə edir. Bu maraqlı film artıq Britaniyanın Kino və Televiziya İncəsənəti Akademiyasının və "Günəş rəqsi" festivalının münsiflər heyətinin mükafatlarını qazanıb və Oskarın "Ən yaxşı qısametrajlı film" kateqoriyasına nominasiya olunub.
"Qonaq" (2011); rejissor - Qa Eun Yun
Cənubi Koreya, filmin nümayiş müddəti - 20 dəqiqə
Öz atasının yaşadığı eşq macərasından qəzəblənən yeniyetmə atasının məşuqəsinin yaşadığı evinə onun iki azyaşlı uşaqlarını tapmaq məqsədilə soxulur. Film 2012-ci ildə Klermon-Ferranda keçirilən festivalda Beynəlxalq Qran-Pri mükafatına sahib çıxıb. "Qonaq" filmi Koreyanın İncəsənət Universitetinin Filmlərin Çəkilməsi Proqramı çərçivəsində yaşdankənar ehtirasların ekspressiyası janrında istehsal olunan filmlərin əyani nümunəsidir.
"Biologiya Konspektləri" (2011); rejissor - Uil Medden
ABŞ, filmin nümayiş müddəti - 6 dəqiqə
Film kadrbakadr çəkilişi rejimində çəkilib və "Cənub-cənub-qərb" festivalının "Ən yaxşı qısametrajlı film" nominasiyasının qalibi olub. "Omana Films" studiyasının istedadlı əllərindən çıxmış bu əsərdə hadisələr biologiya dərsində tələbələrinin təxəyyülü ətrafında cərəyan edir.
Arayış: "Future Shorts" festivalı qısametrajlı filmlərin yayılması süzrə dünyada ən iri şəbəkədir. "Future Shorts" habelə tamaşaçıları kinematoqrafiya və mədəniyyət aləminə daxil edən, dünyanın ən məhsuldar və innovativ film yayımı təşkilatıdır. Sərgiləri, yayım və təcrübə tədbirləri təşkil etməklə, "Future Shorts" qarşısına tamaşaçıların filmlərin qavrayış təəsüratlarını dəyişmək məqsədini qoyub. 2003-cü ildən etibarən Biz dünyada keyfiyyətcə yeni tamaşaçılar auditoriyasını formalaşdırmağa, habelə milyonlarla tamaşaçının məşhur kinematoqrafların əsərlərinə çıxış əldə etməsi məqsədilə məkanın yaradılmasına nail olduq.

Bu xəbər oxucular tərəfindən 1460 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |