Şrift:
Amerika və Türkiyə Suriyanın şimalında təhlükəsiz zona yaradılmasına dair razılığa gəlib
08.08.2019 [09:56] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə və Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan hərbçilərin Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması ilə bağlı keçirdiyi görüşlər başa çatıb.

Bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 5-7 avqustda Türkiyə Müdafiə Nazirliyində keçirilən görüşlərin nəticəsi olaraq Suriyanın şimalında təhlükəsiz zona yaradılacaq.

Eyni zamanda Türkiyənin təhlükəsizliklə bağlı narahatlığının aradan qaldırılması üçün dərhal tədbirlərin görülməsi, ABŞ-la birgə təhlükəsiz zonanın idarə edilməsi üçün Türkiyədə Müştərək Hərəkat Mərkəzinin qısa müddətdə yaradılması haqda razılıq əldə olunub.

Hər iki tərəf təhlükəsiz zonanın barış dəhlizi olması və suriyalı qaçqınların vətənlərinə qayıtmaları üçün əlavə tədbirlərin görülməsi barədə də razılığa gəliblər.
Bu xəbər oxucular tərəfindən 410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed