Şrift:
Atambayev tərəfdarları 6 xüsusi təyinatlı əsgəri saxlayaraq tələblər irəli sürüb
08.08.2019 [10:00] - Xəbərlər, Türk dünyası-Turan
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin iqamətgahında altı xüsusi təyinatlı əsgər saxlanılmaqdadır.

"İnterfaks" xəbər verir ki, ölkənin daxili işlər nazirliyi keçmiş dövlət başçısının tərəfdarlarından onların sərbəst buraxılmasını tələb edib.

Nazirlik rəsmisinin sözlərinə görə, təhlükəsizlik Atambayevin nümayəndələri ilə danışıqlar aparılıb.

“RİA Novosti”nin məlumatına görə, xüsusi təyinatlılar artıq Koy-Daş kəndindən çıxarılıb.

Millət vəkili Asel Koduranova deyib ki, keçmiş Qırğızıstan rəhbərinin tərəfdarları saxladıqları 6 xüsusi təyinatlını səhər azad etməyə hazırdırlar.

Yerli sakinlər tələbləri yerinə yetirilməyincə xüsusi təyinatlıları buraxmaqdan qəti şəkildə imtina ediblər. Onların əvvəlcə hüquq-mühafizə orqanlarının Koy-Daş kəndindəki elektrik enerjisini, Atambayevin evində telefon və İnternet bağlantılarını yenidən bərpa etməyi tələb edirlər.
Kəndə daxil olan asayiş keşikçilərinin sayının 500 nəfər olduğu deyilir.

Qeyd edək ki, tərəflər arasında baş vermiş insident zamanı ümumilikdə 43 nəfərin yaralandığı, bir nəfər isə təhlükəsizlik qüvvələrindən öldüyü bildirilir.

Xatırladaq ki, dünən yayılan məlumata görə, Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev saxlanılıb.
"Bir neçə xüsusi təyinatlılar Atambayevin evinə yaxınlaşıb, oradan atəş səsləri eşidilib. Əməliyyat zamanı, təxminən, 10 nəfər yaralanıb", - deyə qərargahdan məlumat verilib.
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed