Şrift:
Naxçıvanlı idmançılar Türkiyədə boks yarışında 3 medal qazanıblar
08.08.2019 [11:57] - Xəbərlər, İdman
Türkiyənin İqdır şəhərində boks üzrə təşkil olunan yarışda Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirmələri 3 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən bildirilib ki, 9 türkiyəli boksçu 9 əcnəbi boksçuya qarşı rinqə çıxıb.

57 kiloqram çəki dərəcəsində rinqə çıxan Tayfur Əliyev rəqibini məğlub edərək qalib adını qazanıb. Eyni uğuru 75 kiloqram çəki dərəcəsində Sərvər Abdullayev də təkrarlayıb. Alişan İsmayılov isə öz çəki dərəcəsində (46 kiloqram) ikinci olub.

İdmançılarımız təşkilatçılar tərəfindən medal və kubokla təltif ediliblər.
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed