Şrift:
Ərdoğan: "Türkiyə Krımın ilhaqını tanımır"
08.08.2019 [12:14] - Xəbərlər, Türk dünyası-Turan
"Türkiyə Krımın ilhaqını tanımayıb və tanımayacaqdır".
"Anadolu" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşü zamanı deyib.
"Türkiyə Krımın ilhaqını tanımayıb və tanımayacaqdır. Krım tatarı qardaşlarımız, Türkiyə və Ukrayna arasındakı tarixi və insani bağların əhəmiyyətli bir ünsürüdür", - deyə prezident bildirib.
Onun sözlərinə görə, Krımda əsas hüquq və azadlıqların müdafiəsi Ankara üçün prioritet olaraq qalır.
Bu xəbər oxucular tərəfindən 414 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed