Şrift:
Bişkekdə təhlükəsizlik tədbirləri artırılır
08.08.2019 [15:31] - Xəbərlər, Türk dünyası-Turan
ırğız Respublikasının sabiq prezidenti Almazbek Atambayevin tərəfdarlarını yerli vaxtla saat 16:00-da Bişkekdə mitinqə çağırmasından sonra paytaxtda və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri artırılır.

“24” xəbər verir ki, A.Atambayevin tərəfdarlarının axışdığı paytaxtda banklar və iri alış-veriş mərkəzləri bağlanır. Şəhərin mərkəzindəki qurumların əməkdaşlarını evə göndərdikləri bildirilir. Şəhər bələdiyyəsi paytaxtda iğtişaşlara və soyğunçuluq hallarına yol verilməyəcəyini açıqlayıb.
Eyni zamanda şəhər yaxınlığındakı Beş Küngey kəndindən A.Atambayevin yaşadığı Koy-Taş kəndinədək yol bağlanıb və polis qüvvələri yeridilib.
Həmçinin şəhərətrafı bəzi yaşayış məntəqələrində telefon rabitəsinin və internetin söndürüldüyü barədə məlumatlar var.
Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed