09.08.2019 [09:28] - Gündəm, İdman
“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi Kiprin APOEL komandasının yeni baş məşqçisi bəlli olub.
Nikosiya Tomas Dolla tapşırılıb. Onunla ikiillik müqavilə bağlanılıb. Almaniyalı mütəxəssis Kiprdə baş tutan ilk matçda “Qarabağ”a 1:2 hesablı məğlubiyyətə görə istefaya göndərilən italiyalı Paolo Trametsanini əvəzləyib.
Doll daha öncə vətənində “Hamburq”, “Borussiya” (Dortmund) və “Hannover” komandalarının, eləcə də Türkiyənin “Gənclər birliyi”, Səudiyyə Ərəbistanının “Əl-Hilal” və Macarıstanın “Ferentsvaroş” kollektivlərinin baş məşqçisi olub.
Qeyd edək ki, “Qarabağ” və APOEL arasında cavab görüşü avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş saat 20:30-da başlanacaq.

Bu xəbər oxucular tərəfindən 338 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |