27.08.2012 [10:38] - Güney Azərbaycan xəbərləri
İranın xarici işlər naziri Əli Əkbər Salehi bazar günü bəyan edib ki, beynəlxalq ictimaiyyətin tələbləırinə uyğun olaraq fundamental islahatlara ciddi ehtiyacı var. İRNA agentliyi xəbər verir.
O, belə bəyanatla Tehranda avqustun 31-dək davam edəcək Qoşulmamaq Hərəkarının 16-cı Zirvə toplantısı çərçivəsində ekspert görüşləri zamanı çıxış edib.
Salehi deyib ki, Qoşulmama Hərəkətinin üzvlərindən biri kimi İran, həmçinin onun başqa üzvləri ayrı-seçkiliyin istənilən formalarına, silahlı münaqişələrə qarşı çıxırlar, səlahiyyətlərdən sui-istifadəyə, müstəmləkəçiliyin bütün növlərinə və xarici dövlətlər tərəfindən öz ərazilərinin işğalına qarşı çıxırlar.
Onun sözlərinə görə, altı onillikdən sonra BMT yeni qlobal dəyişikliklərə uyğun olaraq siyasi islahatlara ehtiyac duyur.
"Fikrimizcə, Baş Assambleya BMT-nin əsas və demokratik orqanı kimi beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin olunmasına diqqəti artırmalıdır", -Salehi əlavə edib.
"Üzv dövlərlərin bir çoxu hesab edir ki, BMT Təhlükəsizlik Şurası daha demokratik olmaq üçün islahatlara ehtiyacı var. İslahatlar kompleks, aydın və səmərəli olmalıdır", - İranın xarici işlər nzairi bildirib.
Qoşulmama Hərəkatı 120 dövləti hərbi bloklarda iştirak etməmək prinsipləri üzrə birləşdirən beynəlxalq təşkilatdır.
Qoşulmama Hərəkatı rəsmən 1961-ci ilin sentyabrında Belqrad konfransında 25 dövlət tərəfindən yaradılıb. Hərəkətin yaradılmasından əvvəl 1955-ci ildə Bandunq (İndoneziya) konfransı və 1956-cı ildə İosif Broz Tito, Camal Əbdül Nasir və Cəvahirləl Nehru arasında məsləhətləşmələr keçirilib.

Bu xəbər oxucular tərəfindən 927 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |