Şrift:
Hindistanda sel və daşqınlar nəticəsində ən azı 17 nəfər ölüb
09.08.2019 [11:23] - Gündəm, Hadisə
Hindistanın cənub-qərbindəki Kerala ştatında sel və daşqınlar nəticəsində ən azı 17 nəfər ölüb. AZƏRTAC NDTV telekanalının saytına istinadla xəbər verir ki, Koçin şəhərindəki beynəlxalq aeroport da suyun səviyyəsinin qalxması nəticəsində fəaliyyətini dayandırıb. Ölkənin 4 ştatında təbii fəlakətlə əlaqədar fövqəladə vəziyyət elan edilib, 14 ərazi dairəsindəki təhsil müəssisələrində dərslər təxirə salınıb.

Qeyd olunur ki, leysan yağışları nəticəsində meydana gələn torpaq sürüşmələri Vayanad dairəsində çay plantasiyalarında işləyən fəhlələrin yaşadıqları qəsəbəni yuyub aparıb. Burada iki nəfər həlak olub, 200-dən çox sakin zərər görüb.

Kerala ştatının birinci naziri Vidjayan Pinarayi xilasetmə işlərinin gedişinə nəzarət etmək üçün fövqəladə hallarla mübarizə agentliyinin əməkdaşları ilə toplantı keçirib.
Bu xəbər oxucular tərəfindən 437 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed