Şrift:
Qırğızıstanda keçmiş Prezidentin tərəfdarları həbs edilir
09.08.2019 [14:17] - Gündəm, Hüquq
Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin işlədiyi dövrdə Prezident Aparatının rəhbəri olan Fərid Niyazov, sabiq dövlət başçısının müşaviri Kunduz Joldubaeva, deputatlar İrina Koromuşkina və Asel Koduranova həbs olunublar.

Onlar Almazbek Atambayevin iqamətgahı olan Koy-Taş kəndində xüsusi təyinatlıları girov saxlamaqda günahlandırılırlar.

Qırğızıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Almazbek Atambayevin tərəfdarlarından olan 40 nəfər saxlanılıb.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 648 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed