10.08.2019 [10:57] - Gündəm, Hüquq
Misirdə erməni rəqqasə Sofinar Qriqoryanı mühakimə edəcəklər. AZƏRTAC İngiltərənin Daily Mail qəzetinə istinadla xəbər verir ki, oriyental rəqs ustasına qarşı insanların əxlaqsızlığa sövq edilməsi maddəsi ilə cinayət işi qaldırılıb.
Qəzetin xəbərində deyilir ki, erməni rəqqasə Misirdəki çimərliklərdə rəqs etdiyi zaman səhnəyə çimərlik geyimində olan daha bir qadın çıxıb və onlar qızğın rəqs etməyə başlayıblar. Bu rəqsin videomaterialı da ölkədə geniş yayılıb və Misir cəmiyyəti Sofinar Qriqoryanın əxlaq və tərbiyə normalarını pozduğu qənaətinə gəlib. Əgər məhkəmə onu təqsirli hesab edərsə, ona 3 ilə qədər həbs cəzası və ya deportasiyaya məhkum ediləcək. Məhkəmə müddətində erməni qadın çalışdığı istirahət məkanındakı işindən də uzaqlaşdırılıb.
Rəqqasə özü isə bildirib ki, heç bir əxlaq normalarını pozmayıb və qaydalar daxilində hərəkət edib. Yeri gəlmişkən, 2015-ci ildə də Misir məhkəməsi erməni qadını 6 ay həbs cəzasına məhkum edib. Onu bu ölkənin bayrağı təsvir olunmuş rəqqasə paltarı geyərək dövlət rəmzini təhqir etməkdə təqsirləndiriblər.

Bu xəbər oxucular tərəfindən 696 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |