Şrift:
İran peykdən izlənmənin qarşısını almaq üçün Parçin hərbi-sənaye kompleksinin üstünü örtüb
27.08.2012 [10:49] - Güney Azərbaycan xəbərləri
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müşahidəçilərinin baxış keçirməsinə icazə vermədiyi Parçin hərbi-sənaye kompleksinin üstünü peyk görüntüsünün alınmasına maneə törətmək üçün çəhrayı vasitə ilə örtdüyü məlum olub.
Bunu ABŞ-ın Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu (ISIS) açıqlayıb. Təşkilatın peykdən əldə etdiyi 15 avqust tarixli son görüntülərdə kompleksin üzərinin örtüldüyü görülür. Bununla, İranın kompleksdə həyata keçirdikləri təmizləmə işlərini gizlətməyə çalışdığı düşünülür.

Qeyd edək ki, AEBA İranın Parçin hərbi-sənaye kompleksində nüvə sınaqları reallaşdırdığını hesab edir.
Bu xəbər oxucular tərəfindən 1033 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed