Şrift:
Davud Turan: “İran rejiminin Güney Azərbaycan bölgəsinə biganəliyi sistemin iç üzünü aşkara çıxardı”
27.08.2012 [11:21] - Güney Azərbaycan xəbərləri
İran rejiminin Güney Azərbaycan bölgəsinə diqqətsizliyi və biganəliyi sistemin iç üzünü aşıq şəkildə ortaya qoydu.
Bu sözləri Gün.Az-a Amerikadan Güney Azərbaycan Sosial və Mədəniyyət Araşdırmalar Mərkəzinin və Azərbaycan Milli Dirəniş Hərəkatının sədri, politoloqDavud Turan deyib.
“Bu zəlzələ bir daha İran rejiminin iç üzünü açıb ortaya qoydu və dünya ictimaiyyətinə göstərdi ki, İran Güney Azərbaycanı məhv olmasında birbaşa olaraq maraqlıdır. Bölgənin inkişaf etməməsi onun rəsmi dövlət siyasətini təşkil edir. Hətta, özü yardım etməməklə yanaşı qardaş Azərbaycan və Türkiyədən gələn yardımların qəbul edilməməsi sistemin mahiyyətini iyrənc formada göstərdi. İran rejimi yüz ildir ki, Güney Azərbaycanın sərvətini talayır, amma zəlzələ zamanı bölgəni tək qoydu.
Ancaq, milli fəalların təzyiqlərindən və sosial şəbəkələrdə yayılan xəbərlərdən sonra, Tehran hakimiyyəti İran mediasında gizli saxlanılan zəlzələ haqda xəbər verməyə məcbur oldular. Gələn yardımlar isə çox az oldu. Yerli insanlar faciə dəstək olmaq üçün bir yumruq kimi birləşdilər”, - deyə Davud Turan qeyd edib.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed