27.08.2012 [11:35] - Xəbərlər, Türk dünyası-Turan
PKK Suriyada muxtar bölgə yaratmaq istəyərsə, Türkiyə ordusu müdaxilə edəcək
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Suriya prezidenti Bəşər Əsədin hakimiyyətinin sona çatmasına çox qalmadığını bildirib.
Tükiyənin NTV telekanalının verdiyi məlumata görə, Əhməd Davudoğlu deyib ki, Bəşər Əsəd rejiminin ömrünə 1 il belə qalmayıb, artıq bir neçə ay və həftədən danışmaq olar.
Əhməd Davudoğlu Suriyanın şimalında PKK-nın da iştirakı ilə muxtar bölgə yaratmaq istəyən kürdlərə də xəbərdarlıq edib və türk ordusunun hansı halda Suriyaya yeridiləcəyini açıqlayıb: “Biz Suriyanın şimalında ölkə daxilində savaşa yol açacaq muxtar bölgənin yaradılmasına yönəlik səylərə qarşıyıq. Suriyanın taleyinə bir neçə PKK terrorçusu qərar verə bilməz, Suriyanın taleyini onların əlinə buraxmarıq. Çünki o gələcək bizə də təsir göstərəcək. Ona görə də terror qruplaşmalarına qarşı lazımi tədbirlər görəcəyik”.

Bu xəbər oxucular tərəfindən 1272 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |