Şrift:
Çin hökuməti Honkonqa ordu yeridir?
14.08.2019 [09:55] - Gündəm, Hərb
Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Çinin Honkonqla sərhədə ordu topladığını bildirib.

“Kəşfiyyatımız bununla bağlı artıq Ağ Evi məlumatlandırıb. Hər kəs ehtiyatlı və sakit olmalıdır”, -deyə dövlət başçısı qeyd edib.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, Donald Tramp Birləşmiş Ştatların Honkonqdakı kütləvi etiraz aksiyalarını təşkil etməkdə günahlandırılmasından hiddətləndiklərini söyləyib.
“Bir çoxları bu işdə mənim və administrasiyamın əli olduğunu deyir. Mən başa düşmürəm ki, niyə?”..., deyə ABŞ lideri sual verib.

“Bloomberg” agentliyinin məlumatına görə, hazırda Çinin Honkonqla yaxın ərazidə 6 min nəfərlik qarnizonu var. Onlar əsasən Honkonqla sərhəddə, Quandun vilayətindəki Şençjen şəhərində dislokasiya olunub. Şençjen özü dünyanın texnologiya mərkəzlərindən biri sayılır.

Məlum olduğu kimi, Honkonqda iki aydan çox bir müddətdə baş alıb gedən kütləvi aksiyalar səngimək bilmir. Çinin olduqca varlı sayılan bu muxtar bölgəsində yerli əhali ÇXR qanunlarını pozmaqda şübhələnən və ya axtarışda olan şəxslərin mərkəzi hökumətə təhvil verilməsi ilə bağlı mexanizmləri tənzimləyən yeni qanun layihəsindən narazılıqlarını ifadə edirlər.
İctimai təzyiq nəticəsində Honkonq administasiyasının rəhbəri Kerri Lam məsələni gündəlikdən çıxarsa da, bu, etiraz dalğasını yatırmayıb.
Bu xəbər oxucular tərəfindən 393 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed