14.08.2019 [10:29] - Gündəm, İdman
“Qarabağ” UEFA-dan 5 milyon avro mükafat almaq şansını əldən verib.
Buna səbəb Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin Bakıda keçirilən cavab oyununda Kiprin APOEL komandasına 0:2 hesabı ilə uduzaraq, pley-offa yüksələ bilməməsidir. Səfərdə baş tutan ilk matçda 2:1 hesabı ilə qalib gəlməsinə rəğmən, qitənin ən nüfuzlu klub turniri ilə vidalaşan Azərbaycan çempionu böyük məbləğ qazanmaq şansını da qaçırıb.
Bununla belə, Ağdam təmsilçisi ÇL-də I, II və III təsnifat mərhələlərində iştirak üçün həmrəylik ödənişindən müvafiq olaraq 280 min avro, 380 min avro və 480 min avro gəlir əldə edəcək.
Mübarizəni Avropa Liqasında davam etdirəcək “Qarabağ” pley-offda Şimali İrlandiyanın “Linfild” komandasına uduzarsa, əlavə 300 min avro ilə kifayətlənəcək. Qrupa düşəcəyi təqdirdə isə qazancını ən azı 2,92 milyon avro artırmış olacaq. Ağdam təmsilçisi pley-off mərhələsinin ilk oyununu avqustun 21-də səfərdə, cavab görüşünü isə bir həftə sonra evdə keçirəcək.
Qeyd edək ki, UEFA-nın 2019/2020 avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sisteminə əsasən, ÇL-in pley-off mərhələsində mübarizəni dayandıracaq klublar arasında 30 milyon avro bölüşdürləcək və hər bir kluba 5 milyon avro çatacaq.
ÇL-in qrup mərhələsinə düşəcək 32 klubun hər biri 15,25 milyon avro qazanacaq. Qrup mərhələsində hər qələbəyə görə 2,7 milyon avro, heç-heçə üçün 900 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar.
1/8 finala çıxanlar hərəyə 9,5 milyon avro, 1/4 finalçılar 10,5 milyon avro, yarımfinalçılar 12 milyon avro qazanacaqlar. Finalda uduzan komandaya 15 milyon avro, qalibə isə 19 milyon avro çatacaq.
Avropa Liqasının qrup mərhələsinin iştirakçıları hərəyə 2,92 milyon avro, qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro alacaqlar. Qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə 190 min avro veriləcək. Heç-heçələrdən qalan əlavə məbləğ isə qrup mərhələsinin iştirakçıları arasında qələbə sayına uyğun bölünəcək. Pley-offa çıxanlar 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar 4,5 milyon avro, qalib 4 milyon avro qazanacaq.
Superkubok iştirakçıları hərəyə 3,5 milyon avro, qalib isə əlavə 1 milyon avro əldə edəcək.

Bu xəbər oxucular tərəfindən 392 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |