24.10.2011 [19:49] - Gündəm
“Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsindən əvvəl orada yaşamış insanların öz evlərinə qayıtması vacibdir”
“Hamı anlayır ki, mövcud status-kvo uzun müddət qala bilməz. Ümid edirəm ki, biz ölü nöqtədən tərpənə biləcəyik. Biz hazırda bu gün üçün ən birinci və ən önəmli məsələnin – Azərbaycan ərazisində, işğal olunmuş Dağlıq Qarabağın ətrafında Ermənistan Silahlı Qüvvələrinin mövcudluğu faktının üzərində dayanırıq. Bu qoşunların geri çəkilməsi başladıqda çox şey dəyişəcək”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın “Komsomolskaya pravda” qəzetinə müsahibəsində deyib.
Nazir bildirib ki, silahlı münaqişənin ən neqativ tərəfi ərazilərin işğalı və etnik təmizlikdir: “Hər kəs gözəl anlayır ki, təkcə Dağlıq Qarabağ yox, onun ətrafındakı rayonlar da işğal olunub. Yeddi rayon – bu, çox ağır bir yükdür. Bu rayonlar Dağlıq Qarabağ özü də daxil olmaqla, azərbaycanlı əhalidən tam təmizlənib”.
E. Məmmədyarov Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında qarşılıqlı əlaqələrin bərpasının vacibliyini vurğulayıb: “İnsanlar Şuşadakı, Xocalıdakı, Xocavənddəki, yəni Dağlıq Qarabağ ərazisindəki evlərinə qayıtmalıdır. Biz yeni evlərin inşaatına kömək etmək və bu prosesi maliyyələşdirməyə hazırıq. Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsindən əvvəl ilk növbədə orada yaşamış insanların yenidən orada olması vacibdir”.
Rusiyanın problemin həllində roluna toxunan E. Məmmədyarovun sözlərinə görə, Rusiya ilk gündən əvvəlcə müharibə alovunun söndürülməsi, sonra da tərəflər arasında ortaq nöqtələrin tapılması istiqamətində çalışıb.

Bu xəbər oxucular tərəfindən 1091 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |