Şrift:
Azərbaycan dilini öyrənən misirli tələbələr Azərbaycana gəliblər
27.08.2012 [16:01] - Xəbərlər, Mədəniyyət
Misirin Ayn-Şəms Universitetinin "Ədəbiyyat və dillər" fakültəsinin Azərbaycan bölməsinin bir qrup tələbəsi gənclərin beynəlxalq əməkdaşlığı çərçivəsində Azərbaycana səfərə gəlib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi verilən məlumata görə, avqustun 25-dən səfərə gələn gənclər yay semestrində nəticə göstərən 3-cü və 4-cü kurs tələbələridir.
Hazırda Ayn-Şəms Universitetində 140-dan artıq tələbə Azərbaycan dilini öyrənir.
Səfər çərçivəsində tələbələr Azərbaycanın mədəniyyəti, elmi, tarixi ilə daha da yaxından tanış olacaq, Qobustana və Şəki şəhərinə gedəcək, bir sıra ali təhsil müəssisələrində olacaq, gənclər və idman nazirinin müavini İntiqam Babayevlə görüşəcəklər.
Səfər 31 avqust tarixinədək davam edəcək.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyinin birgə təşkilatçılığı ilə Misirdə keçirilimiş "Mən Azərbaycan haqqında nə bilirəm?" esse müsabiqəsinin nəticəsi olaraq misirli tələbələrin Azərbaycanın mədəniyyətinə, dilinə və tarxinə maraqları daha da artıb.
Bu xəbər oxucular tərəfindən 1252 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed