Şrift:
Kəşmirdə son sutka ərzində dörd pakistanlı əsgər həlak olub
16.08.2019 [10:54] - Xəbərlər, Hərb
Pakistanla Hindistan arasında mübahisəli Kəşmir problemi ilə bağlı son sutka ərzində baş verən toqquşmalarda azı dörd pakistanlı əsgər həlak olub, xeyli sayda yaralının olduğu bildirilir.

Pakistan mətbuatı xəbər verir ki, atışmada beş hindistanlı əsgər də öldürülüb.

Xatırladırıq ki, avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Cammu və Kəşmirin yerinə federal hökumətin təşəbbüsü ilə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisi yaradılacaq. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib və bundan sonra Pakistanla münasibətlər daha da gərginləşib.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed