27.08.2012 [16:11] - Güney Azərbaycan xəbərləri
Tehranda keçiriləcək Qoşulmama Hərəkatına (Non-Aligned Movement (NAM) üzv ölkələrin rəhbərlərinin iclasının təhlükəsizliyinin təmin edilməsi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) həvalə olunub. "Mehr" agentliyinin verdiyi məlumata görə, bunu SEPAH komandanı Məhəmmədəli Cəfəri deyib.
Cəfəri deyib ki, Ali Baş Komandanın əmri ilə NAM sammitinin təhlükəsizliyinin təmini edilməsi SEPAH-a həvalə olunub və İslam İnqilabı Keşikçiləri Korpusu polis, Təhlükəsizlik Nazirliyi, Silahlı Qüvvələr və Daxili İşlər Nazirliyi ilə birlikdə bu iclasın təhlükəsizliyini tam gücü ilə təmin edir.
Qeyd edək ki, bundan öncə İran polisinin rəis müavini Əhmədrza Radan bildirmişdi ki, Qoşulmama Hərəkatına üzv ölkələrin rəhbərlərinin iclasının təhlükəsizliyini 110 min polis təmin edəcək. Radan demişdi ki, iclasın təhlükəsizliyinin təmini üçün Təhlükəsizlik, Müdafiə və Daxili İşlər nazirlikləri, Silahlı Qüvvələrin Qərargahı və polis qüvvələri arasında əməkdaşlıq üçün birgə qərargah fəaliyyət göstərir.
O əlavə edib ki, ölkənin bütün sərhədlərinə nəzarət gücləndirilib. Paytaxt Tehrana gedən yollarda 360 yoxlama-keçid məntəqəsi quraşdırılıb. Onlardan 160-na nəzarəti Bəsic qüvvələri həyata keçirir.
Radan bildirmişdi ki, iclasın keçirildiyi yer və Tehran şəhəri üçün dördqat təhlükəsizlik tədbirləri görülüb. Bütün polis qüvvələri və təhlükəsizlik orqanları tam hazırlıq vəziyyətində işləyəcəklər.
Onun sözlərinə görə, Tehranda bəzi yollar bağlanacaq, bəzi küçələrə isə giriş məhdudlaşdırılacaq.
Qoşulmama Hərakatına üzv ölkələrin iclası ilə əlaqədar avqustun 28-dən sentyabrın 1-dək paytaxt Tehranda bütün dövlət idarələri və təşkilatlarda qeyri-iş günü olacaq.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammiti avqustun 28-29-da Tehranda keçiriləcək. Qoşulmama Hərəkatı formal olaraq heç bir bloka aid olmadığını elan etmiş 118 dövlətin daxil olduğu beynəlxalq təşkilatdır. Onun yaradılması ideyası 1955-ci ildə Bandonq (İndoneziya) konfransında irəli sürülüb. 1961-ci ildə isə Fidel Kastro və marşal İosif Broz Titonun rəhbərliyi ilə Yuqoslaviyada keçirilən konfransda Qoşulmama Hərəkatının yaradıldığı elan olunub.
Üzv ölkələrin dövlət başçılarının 15-ci sammiti 2009-cu il iyulun 11-dən 16-dək Misirdə baş tutub. Bu hərəkata üzv olan ölkələrin 53-ü Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropada yerləşir.

Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |