Şrift:
Almaniyada azərbaycanlı miqrantlarla kütləvi dava: Xüsusi təyinatlılar işə qarışdı
22.08.2019 [10:22] - Xəbərlər, Hadisə, Diaspor
"Almaniyanın Deggendorf şəhərində azərbaycanlılarla Nigeriya və Seneqaldan olan şəxslər arasında qarşıdurma baş verib. Hadisə ötən gün təxminən saat 17:00 radələrində baş verib".

Davam.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev məlumat yayıb.

Məlumata görə, dünən 15-16 yaşlı bir azərbaycanlı xanım Nigeriya və Seneqaldan olan şəxslər yaşadığı binanın ətrafında olanda sərxoş nigeriyalılar ona hücum ediblər.
Hücuma məruz qalan xanım yaranan münaqişədən qaça bilib.

Bir müddət sonra isə azərbaycanlılar qarşı tərəfin yaşadığı binaya daxil olub, məsələnin səbəbini araşdırmaq istəyiblər. Bu zaman qarşıdurma baş verib. Qarşıdurmada hər iki tərəfdən xeyli sayda yaralanan olub. Müəyyən vaxt keçdikdən sonra isə nigeriyalılar və seneqallılar azərbaycanlılar yaşadığı qaçqın düşərgəsinə hücum çəkiblər. Daş, dəmir parçaları atıblar. Bütün pəncərələri vurub, sındırıblar. Əraziyə yüzə yaxın xüsusi təyinatlı polis dəstəsi cəlb edilib. Hər iki tərəfdən də bir neçə nəfər saxlanılıb. Xəsarət alanlar isə xəstəxanalara yerləşdirilib. Xəsarət alan azərbaycanlılar bu gün xəstəxanadan buraxılıblar. Lakin polis bölməsinə aparılanların bəziləri hələ ki, buraxılmayıb.

İnsident nəticəsində tərəflər arasında ağır xəsarət alan və ya ölən yoxdur.

Hazırda həmin qaçqın düşərgəsi polis nəzarətindədir.
Bu xəbər oxucular tərəfindən 717 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed