Şrift:
ABŞ-ın yeni səfiri Riçard Morninqstar bu gün Azərbaycanа gəlir
28.08.2012 [11:16] - Gündəm, Borçalı
ABŞ-ın yeni səfiri Riçard Morninqstar bu gün Azərbaycanа gəlir. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyindən məlumat verilib.
Qeyd edək ki, iyunun 30-da ABŞ Senatı Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyini təsdiq edib.
Morninqstarın bu posta namizədliyi aprel ayında ABŞ Prezidenti Barak Obama tərəfindən irəli sürülüb. Senatın Xarici əlaqələr komitəsi isə bu təklifi yekdilliklə bəyənib.
ABŞ Prezidenti Barak Obama 29 dekabr 2010-cu ildə Metyu Brayzanı Senatın razılğı olmadan Azərbaycana səfir təyin etmişdir.Ermənipərəst senatorlar Barbara Bokser və Robert Menendes təziq göstərərək, onun namizədliyinə mane olurdular.
Bu xəbər oxucular tərəfindən 1344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed