Şrift:
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23.08.2019 [10:13] - Türk dünyası-Turan, Mədəniyyət
Qazaxıstanın paytaxtı Nur-Sultanda “Etnos günü” festivalı çərçivəsində Qafqaz xalqları mədəniyyəti günü keçirilib. Tədbirin əsas məqsədi paytaxtda yaşayan müxtəlif etnik qrupların yaradıcılığının inkişaf etdirilməsi, adət və ənənələrini tanıtmaqdır.

Qazaxıstan Xalqlar Assambleyası tərəfindən hazırlanan festivalda Nur-Sultanda fəaliyyət göstərən Azərbaycan Xəzər etnik mədəniyyət mərkəzi xalqımıza aid adət-ənənələri təqdim edib. Soydaşlarımız tərəfindən izləyicilərə elimizin qədim toy adətləri, “xınayaxdı” və “elçilik” təqdim olunub. Bundan başqa tamaşaçılara milli musiqi aləti olan sazda xalq mahnıları ifa edilib.

Festivalda Çeçen-Inquş və Gürcüstanın sosial-mədəni mərkəziləri də milli rəqslərini və mədəniyyətlərini tamaşaçılara sərgiləyiblər.
Bu xəbər oxucular tərəfindən 555 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed