Şrift:
Süd dişlərində çürük yaranmasının əsas səbəbləri
23.08.2019 [10:25] - Gündəm, Sağlıq
Uşaqlarda diş problemləri erkən yaşlarda başlayır. Dişlərin gec çıxması, çürüməsi və qırılması narahatlıq yaradan əsas səbəblərdəndir. Uşaqların dişlərində yaranan başlıca problemlərdən biri də çürümədir. Mütəxəssislər onu müxtəlif səbəblərlə izah etsələr də, adətən əsas səbəb kimi hazır qidaların uzun müddət dişlərdə qalması göstərilir. Bundan başqa kifayət qədər fırçalalamamaq, düzgün qidalanmamaq da dişlərin çürüməsinə təsir edir.

Dişlərin vaxtından əvvəl çürüməsinin başlıca səbəblərindən birinin infeksiyalar olduğunu söyləyən paytaxtın Xətai rayonundakı 8 nömrəli uşaq poliklinikasının həkim–stomatoloqu Kamil İsayev AZƏRTAC-a deyib: “Uşaqlarda süd dişləri adətən 6-8 aylığından etibarən çıxmağa başlayır və 2 yaşınadək davam edir. 7 yaşdan sonra isə daimi dişlər çıxır. 2 yaşınadək dişləri yumaq məsləhət deyil və yalnız ağız qarqaraları ilə kifayət edir. 2 yaşından 5 yaşına qədər dişlər mütləq yuyulmalıdır. Süd dişləri həssas olduğuna görə şirin qidalardan çox istifadə onun çürüməsinə və dişlərə karies düşməsinə səbəb olur”.

Həkim-stomatoloqun dediyinə görə, müalicə edilməyən süd dişi çürükləri ağrıyır, ağızda pis qoxuya, dişləmə çətinliklərinə, qulluq pozğunluğuna və xoşagəlməz görünüşə aparıb çıxarır. Həmin dövrdə müalicə edilməyən dişlər sonradan əyriliyə səbəb olur ki, bu da çənə inkişafında ümumi sağlamlıq problemləri ilə nəticələnə bilər. Belə hallarla üzləşməmək üçün vaxtında həkimə müraciət etmək məsləhətdir.
Bu xəbər oxucular tərəfindən 466 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed