Şrift:
Nazarbayevdən Türk Akademiyasının prezidentinə YÜKSƏK ETİMAD
23.08.2019 [10:49] - Xəbərlər, Türk dünyası-Turan
Qazaxıstanın ilk prezidenti, Elbaşı Nursultan Nazarbayev “Nur Otan” partiyasının geniş iclasında partiyanın Siyasi Bürosunda dəyişiklik etmək təşəbbüsünü irəli sürüb.

Davam.az Turkustan.info-ya istinadən xəbər verir ki, “Kazinform” Dövlət Agentliyinin məlumatına görə Elbaşı dövlət qulluğuna keçən kadrların yerinə Siyasi Büroya yeni üzvlər qəbul edilməli olduğunu deyib.

O, türk dünyasının tanınmış fikir adamı və professoru Darxan Kıdıralının Siyasi Büroya irəli çəkilməsini təklif edib və deyib: “Biz dəfələrlə qeyd etmişik ki, məmurlar xalqa yaxın olmalıdırlar. Buna görə də biz gənclərə üstünlük verməliyik. Bu məsələdə xüsusən də kənddəki gəncləri irəli çəkməli, ziyalılarla sıx əlaqə yaratçmalıyıq. Nur Otan Partiyasının siyasi bürosunda boşalan yerlərdən birinə türk dünyasında tanınmış tarixçi alim, professor, Beynəlxalq Türk Akademiyasının prezidenti, “Egemen Qazaqstan” dövlət qəzetinin idarə heyətinin rəhbəri Darxan Kıdıralının seçilməsini məqsədəuyğun hesab edirəm. Darxan Kıdıralı ziyalıları öz ətrafına toplaya və onlarla yaxşı əlaqələr qura bilir, o, tirajı çox aşağıya enmiş qəzeti yüksəltdi”.

Qazaxıstanın birinci prezidenti, Nur Otan Partiyasının sədri Nursultan Nazarbayevin təklifi yekdilliklə qəbul olunub.

Elbaşı “Nur Otan” partiyasının iclasında Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasına ölkənin ali məktəblərindəki rüşvətxorluq hallarının da araşdırılmasını tapşırıb. Və Ali məktəblərin dünyanın inkişaf etmiş ölkələrindəki ilk 30-luğa düşməsi üçün özünün üç reseptini söyləyib.

Beynəlxalq Türk Akademiyası (TWESCO)-nun prezidenti Darxan Kıdıralıya Nursultan Nazarbayev tərəfindən göstərilən etimad Türk dünyasında böyük əks-səda doğurub.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed