Şrift:
Xarkovda soydaşlarımız üçün “Açıq qapı” günü keçirilir
24.08.2019 [10:43] - Diaspor
Azərbaycanın Ukraynadakı səfirliyi Xarkov şəhərində yaşayan diaspor nümayəndələri və soydaşlarımız üçün “Açıq qapı” günü keçirib.

Xarkovda keçirilən görüşdə səfirliyin konsulu Hüseyn Mərcanov soydaşlarımızın müraciətlərini ayrı-ayrılıqda dinləyib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb. Səyyar görüşdə bəzi məsələlər yerindəcə həll olunub.

H.Mərcanov qeyd edib ki, Ukraynada yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin daha səmərəli həlli üçün səfirlik ölkənin müxtəlif şəhərlərində səyyar görüşləri davam etdirəcək. Artıq vətəndaşlarla səyyar görüşlərin təşkili ənənə halına çevrilir. Bu cür görüşlərin intensiv keçirilməsinin məqsədi soydaşlarımızın problemlərini yerindəcə araşdırmaq və müvafiq qərarlar çıxarmaqdır.

Səyyar görüş avqustun 24-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed