Şrift:
Dünyanın ən nüfuzlu şirkətlərinin reytinqi açıqlanıb
28.08.2012 [12:19] - Xəbərlər, Bildiriş
“Nokia” şirkəti 1998-2007-ci illərdə Finlandiya iqtisadiyyatının artımında 25%-lik paya sahib olub. Bu barədə Finlandiya İqtisadiyyatını Tədqiqat İnstitutu açıqlama yayıb.
Böyük Britaniyanın məşhur “Economist” jurnalı bu nümunədən çıxış edərək, son bir ildə öz ölkələrinin iqtisadiyyatına daha çox nüfuz edən şirkətlərin reytinqini tərtib edib. İlk pillədə “Arcelor Mittal” şirkəti qərarlaşıb. Ötən il onun gəlirləri Lüksemburqda ÜDM-in 161%-ni təşkil edib.
İkinci yerdə Mavrikinin “Essar Energy” şirkəti gəlir - 132%. Üçüncü pilləni isə Niderlandın “Royal Dutch Shell” şirkəti tutur - 56%.
İlk beşliyi Honkonqun “China Mobile” (34%) və İsveçrənin “Glencore” (29%) şirkətləri tamamlayır.
Bundan başqa, Norveçin “Statoil”, Tailandın PTT, Tayvanın “Hon Hai”, Macarıstanın MOL və Finlandiyanın “Nokia” şirkətləri ilk onluqda yer alıb
Bu xəbər oxucular tərəfindən 1417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed