Şrift:
UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan müsəlman qəbiristanlığı
24.08.2019 [10:54] - İslam dini, Mədəniyyət
İraqın Nəcəf şəhəri yaxınlığında dünyanın ən qədim və ən böyük müsəlman qəbiristanlığı yerləşir.

“Vadi-əs-Salam” (Sülh vadisi) adlanan bu qəbiristanlıq 1400 il əvvəl yaranıb. İslam dininin yarandığı dövrdən meydana gələn bu məzarlıq 600 hektar ərazini əhatə edir və hər il daha da genişlənir.

Bu qəbiristanlıqda peyğəmbərlər, alimlər, hökmdarlar dəfn ediliblər. Adəm və Nuh peyğəmbərin, İslamın şiəlik qanadının əsasını yaradan İmam Əlinin də məzarı məhz bu qəbiristanlıdadır. Böyük şəxsiyyətlərlə yanaşı burada sadə müsəlmanlar dəfn ediliblər. “Vadi-əs-Salam”da 5 milyondan çox qəbir var. Qəbirlərin biri-birinə çox yaxın olmasına baxmayaraq onların arasında cığırlar salınıb. Bu cığırlarla insanlar lazım olan qəbri tapıb onu ziyarət edirlər. Burada sadə qəbirlərlə yanaşı, sərdabalar də var ki, bu da ölənin kasıb yaxud varlı olmasını göstərir.

“Vadi-əs-Salam” qəbiristanlığı 2010-cu ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Qeyd etmək lazımdır ki, müsəlmanlar üçün müqəddəs sayılan məhərrəmlik ayında İmam Əlinin sərdabasını ziyarət etmək üçün Nəcəf şəhərinə 1 milyondan çox şiə gəlir. Ziyarətçilərdən ölən olarsa, onda həmin adamın cəsədi ölkəsinə göndərilmir, müsəlman qaydası ilə “Vadi-əs-Salam” qəbiristanlığında dəfn edilir.
Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed