27.08.2019 [10:40] - Gündəm, Hərb
Azərbaycanla dövlət sərhədində atəşkəs rejimi pozan Ermənistan törətdiyi təxribatlara üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) da daxil etmək istəyir. Rusiyanın yaratdığı hərbi blokadan dəstək istəyən Ermənistan Azərbaycana qarşı hərbi-siyasi cəbhə yaratmağa cəhd göstərir.
Bəs KTMT-a üzv olan Ermənistan bu müraciətlərdən nəticə görə bilərmi ?
Davam.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov bildirir ki, Ermənistanın hərbi blokadan dəstək gözləməyi mənasızdır.
“Sərhəddə olan toqquşmaları Ermənistan təbliğ edir. Təşkilata müraciət etməklə bu və ya digər şəkildə o istəyir ki, siyasi baxımdan Ermənistan tərəfinə dəstək olunsun, çünki hərbi baxımdan dəstək gözləməyi mənasızdır. Həmin təşkilatın Ermənistana kömək edəcəyinə inanmıram. Çünki təcrübə göstərir ki, bu təşkilatın nüfuzlu üzvləri heç də Yerevana dəstək vermək niyyətində deyillər. Onların mövqeyi ondan ibarətdir ki, Ermənistan özü qonşu ölkənin ərazi bütövlüyünü pozub. Bu baxımdan ona heç bir təhlükə yoxdur, əksinə o özü təhlükə yaradır. Ümumiyyətlə, Ermənistan bu cür müraciətinin ciddi nəticəsi olacağını düşünmürəm, bu sadəcə siyasi təxribat yaratmaq məqsədi ilə atılmış addımdır”.
Xatırladaq ki, 1992-ci il mayın 15-də yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Rusiya, Belarus, Tacikistan, Ermənistan, Qazaxıstan və Qırğızıstan daxildir.

Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |