Şrift:
Dünya olimpiadasında Azərbaycan şahmatçılarının ilk rəqibləri müəyyənləşmişdir
28.08.2012 [16:18] - Gündəm, İdman
Bu gün İstanbulda 40-cı dünya şahmat olimpiadası başlamışdır.
Yarışın ilk turunda Azərbaycanın kişilərdən ibarət komandası Lüksemburqla, qadınlardan ibarət kollektivi isə Puert-Riko ilə qarşılaşacaqdır.
Artıq idmançılarımızın ilk rəqibləri də müəyyənləşmişdir. Teymur Rəcəbov Mixail Vedenkellerlə, Eltac Səfərli Vlad Serbanla, Şəhriyar Məmmədyarov Klod Vaqnerlə, Rauf Məmmədov Kristian Yetslə üz-üzə gələcəklər. Qadınların yarışında Zeynəb Məmmədyarova Daniça Vaskeslə, Gülnar Məmmədova Rinela Komasla, Türkan Məmmədyarova Medina Paçeko ilə, Xəyalə İsgəndərova Orta Alvareslə qarşılaşacaqlar.
Bu xəbər oxucular tərəfindən 1333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed