Şrift:
Ukrayna parlamentində azərbaycanlıların təmsil olunması istiqamətində səylər artırılacaq
28.08.2012 [16:42] - Diaspor
Ukrayna parlamentində azərbaycanlıların təmsil olunması istiqamətində səylər artırılacaq. Bunu çərşənbə axşamı Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) yeni seçilən sədri Rövşən Tağıyev məlumat verib.
O qeyd edib ki, bu həftə Konqresin sədrliyinə keçirilən seçkilərdə öz seçki platformasını təqdim edərkən əsas məqsədlərdən biri kimi Ukrayna dövlət orqanlarında azərbaycanlıların sayının artırılmasını vurğulayıb.
"Bu bir günə həll olunmur və bu istiqamətdə ardıcıl iş aparılmalıdır. Çalışmalıyıq ki, 2015-ci ildə prezident seçkilərində Azərbaycan bir qüvvə kimi tanınsın, UAK ilə hesablaşsınlar. Ondan sonra 2017-ci il parlament seçkilərinə yeni potensialla qatılaraq bir neçə azərbaycanlının Ukrayna Radasında təmsil olunmasına nail olmaq olar", - Tağıyev deyib.
UAK sədri təəssüflə qeyd edib ki, bu il oktyabrın sonunda Ukrayna parlamentinə keçiriləcək seçkilərdə nə iqtidar, nə də müxalifət partiyalarından azərbaycanlı namizəd yoxdur.
"Biz çalışmalıyıq ki, Konqres kağız üzərində yaradılan qurum kimi yox, dinamik fəaliyyəti ilə seçilsin, Ukrayna cəmiyyətinə inteqrasiya etsin, daha yaxşı tanınsın", - o deyib.
Tağıyev həmçinin qeyd edib ki, qarşıdan gələn seçkilər üçün partiya siyahılarında azərbaycanlı olmasa da, majoritar dairələrdə Radaya seçkilərə qatılacaq azərbaycanlı namizədlər olacaq.
Bu xəbər oxucular tərəfindən 1201 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed