Şrift:
Bakıda jurnalisti döyən şəxs həbs olundu
30.08.2019 [10:48] - Gündəm, Hüquq
Bakıda jurnalistə qarşı xuliqanlıq edən şəxs məhkəmə qərarı ilə həbs edilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Rəsmi məlumata görə, ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək, Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmiş Seymur Mustafazadəyə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan olunub.


Məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.


Zülfüqar Xeyirxəbəin özü də sosial şəbəkədə bu haqda məlumat paylaşıb:

"Artıq mənə qarşı xuliqanlıq edərək, xəsarət yetirən şəxs barəsində həbs-qətimkan tədbiri seçildi. Haqq-ədalətin öz yerini tapmasında dəstək olan hər kəsə, dostlarıma, həmkarlarıma, Əflatun Amaşov başda olmaqla Mətbuat Şirasının əməkdaşlarına, Baş prokurora və əmkdaşlarına minnətdaram. Bizim məqsədimiz sadəcə kimi isə həbs etdirmək deyil, cəzasızlıq mühitini aradan qaldırmaq və hər kəsin etdiyi əməlinə görə cəzasını almasıdır. Mən yenə də təkrar edirəm, bəlkə də o adamı başğılayardım, amma ötənilki xuliqanlığı olmasaydı. Adam ötən ilki əməlinə görə layiqli cəza alsaydı, cinyaət əməlini davam etdirməzdi. İndi qarşıda düşünməyi və hərəkətlərinə qiymət verməsi üçün zamanı var".


Avqustun 25-də saat 10 radələrində Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərov idarə etdiyi “Mercedes” markalı 99-BC-360 dövlət qeydiyyat nişanlı avtomobillə Mərdəkan-Bakı avtomobil yolu ilə hərəkətdə olarkən Binə qəsəbəsi ərazisində “Daewoo” markalı 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən heç bir əsaslı səbəb olmadan saxladılaraq mübahisə etməklə ona bədən xəsarətləri yetirilib.
Faktı ilə əlaqədar Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 99-AD-149 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün 1993-cü il təvəllüdlü Seymur Mustafazadə olduğu aşkar edilib.

İstintaqla Seymur Mustafazadənin ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Z.Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

S.Mustafazadə şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Bu xəbər oxucular tərəfindən 580 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed