25.10.2011 [09:16] - Gündəm
“BMT Təhlükəsizlik Şurasının gündəminə çıxarmaq üçün Azərbaycanın bir sıra məsələləri var”. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bunu Nyu-Yorkda Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçiləndən sonra jurnalistlərə deyib.
“Əsas məsələlərdən biri beynəlxalq sülh və təhlükəsizlik məsələsidir”, deyə Məmmədyarov bildirib.
Nazir qeyd edib ki, digər məsələlər arasına zəif inkişaf etmiş ölkələrə yardım, ətraf mühit məsələləri və multikulturalizm daxildir: “Güclü iqtisadi inkişaf etmiş bir dövlət kimi başa düşürük ki, zəif inkişaf etmiş ölkələrə yardım göstərməliyik».
O həmçinin Sloveniya da daxil olmaqla, Azərbaycanın tərəfində olan hər kəsə dəstəyə görə təşəkkür edib.
Dağlıq Qarabağ məsələsinə gəlincə nazir qeyd edib ki, “bu məsələni TŞ-nın gündəminə gətirmək yalnız bizim iradəmiz və istəyimizdən asılı deyil, həmçinin bütün cəlb olunmuş tərəflərdən asılıdır”.

Bu xəbər oxucular tərəfindən 1036 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |