Şrift:
Gürcüstanda 800-dən çox azərbaycanlı bu il tələbə adını qazanıb
31.08.2019 [10:47] - Borçalı
Gürcüstanda bu il ali məktəblərə qəbul imtahanı verən abituriyentlərin 71 faizi tələbə adını qazanıb.

Bu barədə Gürcüstanın Milli İmtahan Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, 2019-cu ildə 28 min 740 abituriyent tələbə adı qazanıb. Onlardan 6 min 546-sı dövlət tərəfindən müəyyən olunmuş qrant layihəsi hesabına təhsil alacaq. Daha 4 min 777 tələbə dövlət təhsil müəssisələrində təhsil alacaq.

Bu tələbələrin əksəriyyəti biznesin idarə olunması, hüquq və tibb sahələrinə üstünlük veriblər.

Gürcüstanda yaşayan etnik azlıqların nümayəndələri üçün nəzərdə tutulan “1+4” proqramı çərçivəsində 1335 abituriyent tələbə adını qazanıb. Onların da 880 nəfəri Gürcüstanda yaşayan azərbaycanlıdır.

Qeyd edək ki, ali məktəblərə qəbul olan 100 azərbaycanlı tələbə 100 faizlik qrant əldə edərək bakalavr pilləsində tam pulsuz təhsil alacaq.
Bu xəbər oxucular tərəfindən 655 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed