31.08.2019 [10:57] - Hərb
ABŞ-da avqustun 29-dan etibarən Silahlı Qüvvələrin kosmik qoşunları komandanlığı fəaliyyətə başlayıb. Bu qoşun növü quru, hərbi hava, sahil mühafizə qoşunları və dəniz piyada korpusu ilə yanaşı altıncı olub. Yeni strukturun komandanı Prezident Donald Trampın orduda böyük nüfuz sahibi olduğunu qeyd etdiyi general Con Reymond təyin olunub.
Ağ evdəki Çəhrayı bağda yeni qoşun növünün bayrağının qaldırılması təntənəli mərasimi keçirilib. Mərasimdə çıxış edən Prezident Tramp bildirib ki, kosmik qüvvələr kosmosda gələcəkdə baş verə biləcək toqquşmalar zamanı Birləşmiş Ştatların əsas maraqlarını qoruyacaq və ABŞ-a qarşı istiqamətlənmiş hər hansı raketi məhv edəcək. “Komandanlıq Amerikanın kosmosda hegemonluğunu təhdid edən hər hansı təhlükənin aradan qaldırılmasına təminat verir. Biz bilirik ki, münaqişənin qarşısının alınması istiqamətində ən yaxşı vasitə qələbəyə hazır olmaqdır”, -deyə Tramp vurğulayıb.
Prezident Trampa təşəkkürünü bildirən general Reymond dövlət başçısına üzərində “Kosmik qüvvələrin komandanlığı: 29 avqust, 2019-cu il” sözləri yazılmış medal təqdim edib.
Kosmik qüvvələrin yaradılması haqqında sərəncam ABŞ-ın dövlət başçısı tərəfindən 2018-ci ilin iyununda verilib. Komandanlığın tabeliyində 87 hərbi hissə və struktur olacaq. Onun saxlanılmasına 2019-cu ilin büdcəsindən 12 milyard dollar vəsait ayrılıb.

Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |