02.09.2019 [12:26] - Xəbərlər, Türk dünyası-Turan
Bununla bağlı məsələni ABŞ senatoru M.Rubio və konqresmen J.Makqovern qaldırıb...
Dünya Bankı Çinin müsəlmanları konsentrasiya düşərgələrinə onun ayırdığı pullar hesabına yerləşdirməsindən şübhələnir.
Davam.az Moderator.az-a istinadən xəbər verir ki, bu haqda “SBS News” nəşri məlumat yayıb. Dünya Bankı Çinə 2015-ci ildə bir "təhsil layihəsi" üçün verdiyi 50 milyon dollarlıq kreditin istifadəsi ilə əlaqədar təhqiqat başladıb. Rəsmi Pekinin bu vəsaitdən Uyğur müsəlman türkləri üçün həbs düşərgələri şəbəkəsini və onların siyasi "tərbiyəsi"ndən ötrü istifadə etməsi barədə şübhələr var. Bununla bağlı məsələni ABŞ senatoru Marko Rubio və konqresmen Jim Makqovern qaldırıb. Onlar Bank rəhbərliyindən kreditin Sintzyan muxtar regionundakı müsəlman uyğur həbs düşərgələrində istifadə edilmədiyinə dair dəlil təqdim etmələrini istəyiblər. Bundan əlavə, Kanadada yaşayan Sintzyan tədqiqatçısı Şon Janq da yazılarından birində Dünya Bankının pullarının Uyğur bölgəsindəki müsəlmanların kütləvi həbsinə xərclənə biləcəyi ilə bağlı fikirləri səsləndirib.
"Bu məsələlərə çox ciddi yanaşırıq. Layihə ilə əlaqədar yaranan problemləri fəal şəkildə araşdırırıq. Tədbir görmək tələb olunarsa, biz onları tətbiq edəcəyik..."- deyə Dünya Bankının sözçüsü Devid Teys bildirib.

Bu xəbər oxucular tərəfindən 419 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |