Şrift:
Türkiyə Superliqası: “Fənərbağça”-“Trabzonspor” oyununda qalib müəyyənləşməyib
02.09.2019 [12:36] - İdman
Sentyabr 1-də futbol üzrə Türkiyə Superliqasının üçüncü turunun mərkəzi qarşılaşmasında "Fənərbağça" doğma meydanda "Trabzonspor"u qəbul edib.

Görüş qarşılıqlı hücumlarla yadda qalıb. Matçda hesabı 17-ci dəqiqədə İstanbul təmsilçinin yarımmüdafiəçisi Qari Rodrigez açıb. Lakin qonaqlar cəmi 15 dəqiqə sonra hesaba tarazlıq gətiriblər. Donis Avdiyayın ötürməsini Caleb Ekuban dəqiq tamamlayıb -1:1. Birinci hissə bu hesabla başa çatıb. İkinci hissədə tərəflərin səylərinə baxmayaraq hesab dəyişməyib. Beləliklə, "Fənərbağça" və "Trabzonspor" klubları arasında keçirilən qarşılaşma heç-heçə yekunlaşıb.

Turun digər oyununda "Malatyaspor" doğma meydanda "Alanyaspor"u qəbul edib. Gərgin keçən qarşılaşmada qonaqlar 3:2 hesabı ilə qalib gəliblər. "Başakşəhər" səfərdə "Gənclərbirliyi"ni 2:1 hesabı ilə məğlub edib. "Sivasspor" - "Qaziantep" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.

Üç turdan sonra "Fənərbağça" 7 xalla 2-ci pillədə qərarlaşıb. "Trabzonspor" isə 5 xalla 6-cıdır.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed