Şrift:
Qazaxıstan Prezidenti ilk dəfə xalqa müraciət edib
03.09.2019 [10:36] - Türk dünyası-Turan
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilk dəfə xalqa müraciət edib.

Ölkə başçısı müraciətində iqtisadi, siyasi və sosial sahələrdə bir sıra qərarların qəbul olunduğunu bildirib, hökumət və parlament nümayəndələrinə müvafiq tapşırıqlar verib.

Kasım-Jomart Tokayev mövcud problemlərin həlli üçün Milli Fondun vəsaitlərindən istifadəni dayandırmağı tapşırıb. O, 2022-ci ildən hədəfli köçürmələrin həcminin iki trilyon təngəyə qədər azalacağını bildirib, dövlət tərəfindən 2022-ci ilədək sosial kirayə üçün 240 milyarddan çox pul ayrılacağını deyib.

Əhaliyə hakimiyyət orqanlarının işini qiymətləndirmək imkanı verilə biləcəyini deyən ölkə başçısı pilot layihə olaraq yerli hökumətin səmərəliliyinin əhali tərəfindən qiymətləndirilməsi sistemini tətbiq etməyin mümkünlüyünü bildirib.

Kasım-Jomart Tokayev qazax dilinin dövlət dili kimi güclənəcəyini deyib və zamanla millətlərarası ünsiyyət dilinə çevriləcəyinə inandığını bildirib.

Prezident Qazaxıstan Silahlı Qüvvələrində maliyyə və nizam-intizam məsələlərinə də toxunub.

İlahə Əhmədova
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed