Şrift:
ABŞ-da kütləvi qətl törədənlərin edamı haqqında qanun layihəsi hazırlanıb
03.09.2019 [11:04] - Hüquq
ABŞ-ın Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqi haqqında qanun layihəsini hazırlayıb.

"Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqini sürətləndirməyə icazə verən qanun layihəsini hazırlayıb", - deyə ABŞ-ın Vitse-Prezidentinin Aparat rəhbəri Mayk Pens bildirib.
O, qeyd edib ki, bu Ağ Evin Konqresə təklif edəcəyi final paketinin bir hissəsi ola bilər.
Sentyabrın 1-də bildirilirdi ki, Texasda naməlum şəxs Midlend və Odessa şəhərləri arasındakı magistral yolda onun avtomobilini saxlamış polis əməkdaşına atəş açıb. Cinayətkar sonra Odessanın küçələrində dinc vətəndaşları güllələməyə davam edib.
Polis zabitləri ilə atışma zamanı cinayətkar zərərsizləşdirilib. Hücum nəticəsində 5 nəfər həlak olub, daha 21 xəsarət alıb.
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed