Şrift:
Bakıda Avrasiya və Türk Dünyası Pediatriya konqresləri keçiriləcək
03.09.2019 [11:34] - Türk dünyası-Turan, Sağlıq
Sentyabrın 19-dan 21-dək Bakıda 17-ci UNPSTR-Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi keçiriləcək. Tədbir Beynəlxalq Pediatriya Assosiasiyası, Azərbaycan Tibb Universiteti, Türkiyə Milli Pediatriya Dərnəyi, “Medvoyage” şirkətinin birgə təşəbbüsü ilə təşkil olunacaq.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konqresdə yerli və xarici mütəxəssislər iştirak edəcək, onların məruzələri dinləniləcək.

Həmçinin sentyabrın 19-da konfransdan əvvəl iki kurs – “Beynəlxalq inkişafın izlənməsi və dəstəklənməsi” və “Yenidoğulmuşlara müasir yanaşma” kursları keçiriləcək.

Konfrans və kurslara qeydiyyat ödənişlidir.

Konfransa qeydiyyat linki: https://medproinfo.com/event/2021
Bu xəbər oxucular tərəfindən 529 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed